DUYURULAR

Habil Yaşar Muhəmməd.4 Şiiri



Facebook'ta Paylaş! Twitter'da Paylaş! Sık Kullanılanlara Ekle!
Harf Boyutu Küçült Harf Boyutu Normal Harf Boyutu Büyüt
Puanınız kaydedildi.
Teşekkür ederiz.
5,0
1
Şiire puan verin!

Habil Yaşar

Muhəmməd.4


Bu kainatın nuru,
Böyük fəxri, qüruru,
İnsanların şüuru,
Kamalısan, Muhəmməd!

Yolun ədalət yolu,
Ululardan da ulu,
Allahın sadiq qulu,
Rəsulusan, Muhəmməd!

Peyğəmbərlərin tacı,
Hər kəsin ehtiyacı,
Xəstələrin əlacı,
Dərmanısan, Muhəmməd!

Saniyənin bir anı
Gəzib ərşi-çahanı
Qabaqladın zamanı,
Zamansızsan, Muhəmməd!

İncilərdən incisən,
Hər şeydən birincisən,
Adəmdən də öncəsən,
İdealsan, Muhəmməd!

Əxlaqına söz olmaz,
Hansı sözün düz olmaz,
Üzün kimi üz olmaz,
Nur camalsan, Muhəmməd!

Mədinənin gülüsən,
Şux şeyda bülbülüsən,
Kim deyir ki,ölüsən?
Salamatsan, Muhəmməd!

Allah oldu köməyin,
Kama çatdı diləyin,
Min döyünən ürəyin
İlhamısan, Muhəmməd!

Dini İslamı yaydın,
Quranı aydınlatdın,
Cahilləri oyatdın,
Danılmazsan, Muhəmməd!

İmamların atası,
Sünnət onun ətası,
Heç oldumu xətası?
Qüsursuzsan, Muhəmməd!

Bu şiir toplam 935 kez okundu.
28.06.2011 12:36:56

Bu şiire henüz yorum yapılmamış.

Siirdemeti.Net - 2005 Yılından Günümüze Karşılıksız Sevgi ©