DUYURULAR

SERBEST KÜRSÜ

Ədəbiyyatın sehri

Mən bütün həyatımı ədəbiyyata həsr etmək üçün doğuldum və mənim bütün həyatım ədəbiyyatın əbədi üfiqlərini seyr eləməklə keçəcəkdir. Hər saniyəm, hər anım onun eşqi ilə var olacaq, onun ruhu ilə qidalanacaqdır. Ədəbiyyat mənim üçün həyat qədər önəmli (zatən ədəbiyyat özü həyatdır) və daha dəqiq həyatdan da önəmli bir nemətdir. Onun əvəzedilməz gücü qarşısında o qədər sehrlənmişəm ki, bunu ancaq mən və mənim kimi duymağı bacaranlar anlaya bilər. Ədəbiyyatı təsvir etməklə deyil, onun dərinliklərinə daxil olmaqla yaşaya bilərsən. Ədəbiyyat söz sənəti olsa da onu təsvir etməyə sözün də gücü çatmaz. Ədəbiyyatın nə demək olduğunu soruşma, onun nələrə qadir olmadığından danış. Hər nə qədər danışsan belə sonunda susacaqsan. Çünki, sənin susduğun yerdə gərçək ədəbiyyat başlar və sən onu izləyən müşahidəçiyə bənzərsən. Ədəbiyyat qədər insana təsir edən ikinci vasitə olmadığı kimi, insanı insandan alıb götürən ikinci sənət də yoxdur. Onun sehri qarşısında bütün sehrlər susar, bütün sehrlər onun sehri qarşısında sehrlənər. Daima ədəbiyyatın sehri qarşısında əbədi acizliyimi anlayaraq onu sevə-sevə yaşayacağam.

Habil Yaşar


Habil Yaşar / 7.12.2013

Bu yazı 824 kez okundu.


YORUM YAP



YORUMLAR

Siirdemeti.Net - 2005 Yılından Günümüze Karşılıksız Sevgi ©